Yanvar-noyabr aylarında Naxçıvanda sahibkarlara 22 milyon manatdan çox güzəştli maliyyə dəstəyi göstərilib

2025.12.03 16:37 (UTC+04:00)

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan Biznesinin İnkişafı Fondu və Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən 138 layihəyə dəstək verilərək 22 milyon manatdan çox güzəştli kredit ayrılıb.

Bu barədə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev 2-ci Azərbaycan-Türkiyə Regional İqtisadi Forumunda çıxış edərkən deyib.

Onun sözlərinə görə, verilən kreditlər hesabına yeni iş yerlərinin təsis olunması imkanı yaranıb ki, bu da sosial rifahın yüksəlməsinə, iqtisadi fəallığın artmasına töhfə verir. Hazırda SİF-in, eləcə də sahibkarların şəxsi təşəbbüsləri hesabına muxtar respublikanın rayonlarında kiçik, orta və böyük həcmli çoxsaylı layihələrin icrasına başlanılıb.