Bu ilin yanvar-oktyabr aylarında Mərkəzi Asiya regionundan Azərbaycana 183,2 mindən çox vətəndaş səfər edib ki, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 22 faiz çoxdur.
Dövlət Turizm Agentliyinin hesabatına əsasən, cari ilin oktyabr ayında qeyd edilən regiondan ölkəyə 21,1 mindən çox şəxs gəlib. Bu, 2024-cü ilin oktyabr ayına nisbətdə 28 faiz, cari ilin sentyabr ayına nisbətdə isə 3,9 faiz çoxdur.
2025-ci ilin oktyabr ayında Azərbaycana gələn turistlərin sayına görə Mərkəzi Asiya ölkələrinin sıralaması belədir:
Qazaxıstan – 9677
Özbəkistan – 6481
Türkmənistan – 2858
Qırğızıstan – 1179
Tacikistan – 907