Cənubi Koreyada 243 milyard dollar vergi yığılıb

2019.08.23 19:10 (UTC+04:00)

Keçən maliyyə ilində Cənubi Koreyada yığılmış vergilərin məbləği 10,6 faiz artaraq 243 milyard ABŞ dollarına çatıb. Vergi daxilolmalarının artımının əsas səbəbi kimi korporasiyaların gəlirlərinin artması və daşınmaz əmlak bazarının canlanması göstərilir.

Ekspertlərin rəyinə görə, ölkənin ümumi daxili məhsulu (ÜDM) ilə müqayisədə vergi yığımı əsaslı şəkildə artır. Vergi yığımındakı artımın sürəti ÜDM-in artımı ilə müqayisədə 3,5 dəfə çoxdur. Bu təmayülün növbəti maliyyə ilində də davam edəcəyi gözlənilir. Hökumət bəyan etmişdi ki, gələn il üçün büdcə bu illə müqayisədə 9 faiz çox – 421 milyard dollar nəzərdə tutulub. Ekspertlər hesab edirlər ki, proqnozlar özünü doğrultmayacağı halda, büdcə kəsiri dövlət istiqrazlarının açıq bazara çıxarılması hesabına aradan qaldırılacaq.