Paytaxt əhalisinə göstərilən ödənişli xidmətlərin dəyəri açıqlanıb

2025.12.02 16:05 (UTC+04:00)

Bu ilin yanvar-oktyabr aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 10,6 faiz artaraq 7 295,6 milyon manat olub.

Bakı Şəhər Statistika İdarəsinin məlumatına görə, hüquqi şəxslər tərəfindən əhaliyə 6 569,5 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 90 faizini təşkil edib.