Bu ilin noyabr ayında Azərbaycanda pul bazası 2024-cü ilin eyni ayının göstəricisi ilə müqayisədə 7,5 faiz artaraq 22 128,4 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən, cari ilin oktyabr ayına nisbətdə isə noyabrda pul bazasında 3,4 faiz artım qeydə alınıb.
Qeyd edək ki, 2024-cü ilin dekabr ayının sonuna ölkədə pul bazası 20 916,5 milyon manat olub.