Mərkəzi Bankın valyuta ehtiyatları açıqlanıb

2025.12.02 12:20 (UTC+04:00)

Bu ilin noyabr ayında Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları 2024-cü ilin eyni ayının göstəricisi ilə müqayisədə 4,2 faiz artaraq 11 433,8 milyon ABŞ dolları təşkil edib.

AMB-nin hesabatına əsasən, cari ilin oktyabr ayına nisbətdə isə noyabrda valyuta ehtiyatlarında 0,6 faiz artım qeydə alınıb.

Qeyd edək ki, 2024-cü ilin dekabr ayının sonuna Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 10 959,5 milyon dollar təşkil edib.