Natamam iş günü və ya natamam iş həftəsi ilə işləyən işçilərə əməkhaqqı necə ödənilməlidir?

2025.12.02 12:53 (UTC+04:00)

Natamam iş günü və ya natamam iş həftəsi ilə işləyən işçilərə əməkhaqqı necə ödənilməlidir?

Suala Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti aydınlıq gətirib. Xidmətdən bildirilib ki, natamam iş günü və ya natamam iş həftəsi ilə işləyən işçilərə əməkhaqqı işə sərf edilmiş vaxta mütənasib və ya görülən işin faktiki hasilatına görə ödənilir.