Alkoqolsuz içkilərin istehsalı artıb

2025.12.02 11:48 (UTC+04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 45 537,3 min dekalitr (dkl) alkoqolsuz içkilər istehsal edilib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2024-cü ilin eyni dövrünün göstəricisinə nisbətdə istehsal həcmi 5,8 faiz və ya 2 497,8 min dkl çoxdur.

Noyabr ayının 1-nə hazır məhsul ehtiyatı 891,7 min dkl təşkil edib.