"İqtisadi zona" proqramının növbəti buraxılışı VİDEO

2025.12.01 13:30 (UTC+04:00)

- Gələn il vergi qanunvericliyində nə dəyişəcək? Yeniliklər vergi ödəyicilərinə necə təsir edəcək? Dövlət Vergi Xidmətinin rəsmisi suallara aydınlıq gətirir.

- Fərdi sahibkarlar üçün sosial sığorta haqqı yeni qayda ilə hesablanacaq. Ödənilən məbləğ nə qədər olacaq?

- Bakının bəzi ərazilərində həyət evləri qiyməti dəyişib. Qiymət dəyişikliyi nədən asılıdır?

Bu və digər xəbərlərlə İqtisadiyyat Nazirliyi yanında DVX-nin ATV kanalı ilə birgə layihəsi olan "İqtisadi zona" proqramının 30 noyabr 2025-ci il tarixli buraxılışında tanış ola bilərsiniz. Verilişin qonağı Dövlət Vergi Xidmətinin Vergi Siyasəti baş idarəsinin idarə rəisi Rəşad Nuriyev Günel Bəhramqızının suallarını cavablandırıb.