Qəbulda Quba, Qusar, Xaçmaz və Şabran rayonlarından olan sakinlər iştirak ediblər. Qəbula gələn vətəndaşlar, əsasən, yaranmış vergi borcları, vergi orqanlarında işlə təminat, vergi uçotunun aparılması və e-qaimələrin tətbiqi, kənd təsərrüfatı məhsullarının ixracı, vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi sahəsində qarşılaşdıqları məsələlərlə əlaqədar müraciət ediblər.
Vətəndaşların müraciətləri dinlənilib və nazirliyin struktur bölmələrinə aidiyyəti tapşırıqlar verilib.