Biznesə başlama üzrə icra və kommunikasiya planı müzakirə edilib

2019.08.23 15:18 (UTC+04:00)

Müzakirə zamanı bildirilib ki, plan üzrə yeni rəqəmsal elektron qeydiyyat sisteminin beynəlxalq və yerli səviyyədə tanıdılması, elektron qeydiyyat sisteminin təkmilləşdirilməsi və imkanlarının genişləndirilməsi üzrə işlər 2019-cu ilin ikinci yarısında da davam etdiriləcək. Planın prioritet istiqamətlərindən biri kimi sahibkarlıq subyektləri ilə iş diqqət mərkəzində saxlanılıb.

Qeyd edək ki, "Biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması" üzrə biznesə başlama sahəsində islahatlarla bağlı 2019-cu ilin ikinci yarısı üzrə icra və kommunikasiya planının həyata keçirilməsində İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Vergilər, Maliyyə, Ədliyyə nazirlikləri, Dövlət Statistika Komitəsi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Auditorlar Palatası, Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu, "KPMG Azerbaijan Ltd", "Ekvita" "Ernst & Young Azerbaijan", "PricewaterhouseCoopers Azerbaijan", "BM Morrison Partners", "Dentons Azerbaijan", "Bakı Hüquq Mərkəzi" kimi aparıcı qurumların nümayəndələri iştirak edirlər.