2026-cı ildə Azərbaycanın vahid stendlə təmsil olunacağı sərgilər

2025.11.28 14:33 (UTC+04:00)

Azərbaycan məhsulları növbəti ildə bir sıra beynəlxalq sərgilərdə vahid ölkə stendində nümayiş olunacaq.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) məlumatına görə, sərgilərdə iştirak üçün seçim müsabiqə yolu ilə keçiriləcək.

2026-cı il ərzində vahid ölkə stendi ilə iştirak edilməsi nəzərdə tutulan beynəlxalq sərgilər:

“Gulfood” - BƏƏ (Dubay) - 26-30 yanvar,

“Prodexpo” - Rusiya (Moskva) - 9-12 fevral

“UzBuild” - Özbəkistan (Daşkənd) - 10-12 fevral

“ProWein” - Almaniya (Düsseldorf) - 15-17 mart

“Russia Halal Expo” - Rusiya (Kazan) - 14-16 may

“The Saudi Food Show” - Səudiyyə Ərəbistanı (Ər-Riyad) - 15-17 iyun

“WorldFood Moscow” - Rusiya (Moskva) - 15-18 sentyabr

“Construct Iraq” - İraq (Ərbil) - 22-25 sentyabr

“China International Import Expo” - Çin (Şanxay) - 5-10 noyabr