Ölkənin xarici dövlət borcunun məbləği açıqlanıb

2019.08.23 18:12 (UTC+04:00)

Maliyyə Nazirliyinin yaydığı məlumata görə, 2019-cu il iyulun 1-i tarixinə Azərbaycanın xarici dövlət borcu 8.920,0 milyon ABŞ dolları (15.164,1 milyon manat), xarici dövlət borcunun ÜDM-də nisbəti 19 faiz (2019-cu il üçün proqnozlaşdırılan 79.649,0 milyon manat ÜDM-ə nisbətdə) təşkil edib. Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanəti ilə cəlb olunmuş kreditlər üzrə şərti öhdəliklər də daxil edilib. Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.