İşə qəbul olunmaq istəyən namizədlər üçün sənəd qəbulu noyabrın 28-dək davam edir VİDEO

2025.11.27 14:14 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində insan resursları siyasətinin əsas məqsədlərindən biri gender bərabərliyinin təşviqi, gənc, inamlı və motivasiyalı qadın namizədlərin işə qəbul prosesinə cəlb olunmasıdır. Xidmətə işə qəbul olunmaq istəyən namizədlər üçün sənəd qəbulu davam edir. Müsabiqəyə qoşulmaq üçün son 2 gün qalıb. Bu imkanı qaçırmayın və elektron ərizə formasını dolduraraq müraciətinizi edin!