ABŞ orta sinifdən tutulan vergiləri azaltmağı davam etdirmək niyyətindədir

2019.08.23 14:34 (UTC+04:00)

ABŞ Prezidenti administrasiyası orta sinifdən tutulan vergilərin azaldılması istiqamətində təklif hazırlayıb. Ağ Evin iqtisadi məsləhətçisi Larri Kadlou mətbuat konfransında deyib: "Son vaxtlar biz orta sinif: fəhlələr, kiçin biznes və digərləri üçün 2017-ci ildə qəbul edilmiş qanun layihəsinə əlavə olaraq vergi güzəştlərini nəzərdən keçiririk. Biz bu layihəni yaxın vaxtlarda təqdim etməyəcəyik. Düşünürəm ki, bu barədə prezident seçkiləri kampaniyasına başlayanda rəsmi açıqlama verəcəyik".

L.Kadlounun sözlərinə görə, nəzərdə tutulan tədbirlər iqtisadiyyatın qısamüddəli stimullaşdırılmasına deyil, Amerika Birləşmiş Ştatlarının uzunmüddətli iqtisadi inkişafına yönəldilib.