Sığorta bazarı 13 faizədək böyüyüb

2025.11.26 15:34 (UTC+04:00)

Bu ilin yanvar-oktyabr ayları ərzində ölkənin sığorta bazarı üzrə 1 255,9 milyon manat sığorta haqları yığılıb ki, bu da 2024-cü ilin müvafiq göstəricisini 12,9 faiz üstələyir.

Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən, hesabat dövründə sığorta şirkətləri tərəfindən həyata keçirilən ödənişlərin məbləği ötən ilin ilk 10 ayına nisbətdə 24,1 faiz artaraq 772,602 milyon manat təşkil edib.