Yanvar-oktyabr aylarında 20,5 milyon dollarlıq nar ixrac edilib

2025.11.26 12:18 (UTC+04:00)

Bu ilin yanvar-oktyabr aylarında ölkədən 20,49 milyon ABŞ dolları dəyərində 21,3 min tondan çox nar ixrac edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına görə, bu, 2024-cü ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 24,9 faiz və ya 4 milyon dollar, həcm baxımından isə 14,9 faiz və ya 2,7 min ton çoxdur.

Cari ilin ilk 10 ayında narın ümumi ixracda xüsusi çəkisi 0,09 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 0,69 faizə bərabər olub.