Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə görüş keçirilib. Görüşdə əmək müqavilələrinin bağlanılması, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz”in tətbiqi və sahibkarları maraqlandıran digər məsələlər geniş müzakirə olunub.
Görüşdə əmək müqaviləsinin işçinin hüquq və vəzifələrini, sosial təminatını və əmək münasibətlərinin hüquqi çərçivəsini müəyyən etdiyi bildirilib. Eyni zamanda, “Sadələsdirilmis vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” sisteminin xidmət prosesinin və ödənişlərin şəffaf şəkildə rəsmiləşdirilməsinə, qeyri-rəsmi dövriyyənin azalmasına və işçinin gəlirlərinin uçota düşməsinə, öhdəliklərin düzgün icrası olunmamasının isə əlavə maliyyə itkilərinə şərait yaratdığı diqqətə çatdırılıb.
Sonda sahibkarların təklifləri dinlənilib.
.jpg)