Prezident İlham Əliyevin Fərmanı ilə "Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında" 22 may 2020-ci il tarixli 1032 nömrəli Fərmanda dəyişiklik edib.
Həmin Fərmana aşağıdakı məzmunda 5 nömrəli əlavə – Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tərtib etdiyi “Bakı şəhər Qaradağ rayonu Ələt qəsəbəsinin inzibati ərazisində kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid, dövlət mülkiyyətində olan ərazidən Ələt azad iqtisadi zonasına ayrılması nəzərdə tutulan (V hissə) 1453,09 hektar torpaq sahəsinin yerquruluşu planı” əlavə edilib.