“Pakistan İslam Respublikasına səfərimiz çərçivəsində bu ölkənin Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşmək xoş oldu.
Görüş zamanı iqtisadi əməkdaşlığın inkişaf perspektivlərini vurğuladıq, ticarət, enerji, sənaye, tranzit, turizm və digər sahələrdə birgə fəaliyyətin genişləndirilməsi imkanlarını müzakirə etdik”.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.