- Aşağı gəlirlərə aşağı vergi dərəcəsi tətbiq olunacaq. İqtisadiyyat naziri vergi islahatlarına aydınlıq gətirdi.
- Gələn il əməkhaqqından nə qədər sosial sığorta haqqı tutulacaq? Dövlət Vergi Xidməti gözlənilən yenilikləri açıqladı.
- Bir şəxs başqasına birdəfəlik elektron imza səlahiyyəti verə bilər. Bu yenilik sahibkarların işini necə asanlaşdıracaq?
- Bəzi bankların nağdlaşdırma və köçürmələrə komissiya tətbiqi nə ilə bağlıdır? Bu qərar hansı müştərilərə aiddir?
Bu və digər xəbərlərlə İqtisadiyyat Nazirliyi yanında DVX-nin ATV kanalı ilə birgə layihəsi olan "İqtisadi zona" proqramının 23 noyabr 2025-ci il tarixli buraxılışında tanış ola bilərsiniz. Verilişin qonağı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin şöbə müdiri Yusif Tapdıqlı Günel Bəhramqızının suallarını cavablandırıb.