Azərbaycanın müstəqillik dövründə kəşf edilən “Ümid” ilk qaz-kondensat yatağının kəşfindən 15 il ötür.
Energetika Nazirliyinin məlumatına görə, 1 noyabr 2025-ci il tarixinədək yataqdan təqribən 12,7 milyard kubmetr qaz və 1,9 milyon ton kondensat hasil edilib.
Yatağın sutkada orta hesabla hasilatı 7 milyon kubmetrə yaxın qaz və 0,8 min ton kondensat olub.