Tikinti kərpiclərinin istehsalı artıb

2025.11.24 10:44 (UTC+04:00)

Bu ilin yanvar-oktyabr aylarında ölkədə 554,1 min kubmetr tikinti kərpicləri istehsal edilib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2024-cü ilin eyni dövrünün göstəricisinə nisbətdə istehsal həcmi 9,6 faiz və ya 48,6 min kubmetr artıb.

Noyabr ayının 1-nə hazır məhsul ehtiyatı 13,8 min kubmetr təşkil edib.