Çinlə ticarət dövriyyəsinin həcmində artım davam edir

2025.11.21 17:15 (UTC+04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın Çin ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 26,5 faiz artaraq 3,8 milyard dolları üstələyib.

İxrac – idxal:

Azərbaycandan Çinə ixrac: 79,57 milyon dollar (+5,5 dəfə)

Çindən Azərbaycana idxal: 3,814 milyard dollar (+24,4 faiz)

Cari ilin ilk 10 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Çin ilə ticarətin payı 9,33 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 1,68 faiz bəndi çoxdur.

Mənbə: Dövlət Gömrük Komitəsi