"S&P Global Ratings” agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib

2025.11.21 12:40 (UTC+04:00)

Görüş zamanı Fondun fəaliyyət istiqamətləri, prioritetləri və sahibkarlığın maliyyələşdirilməsi mexanizmləri barədə ətraflı fikir mübadiləsi aparılıb. S&P nümayəndələri Fondun kredit və investisiya portfelinin dinamikası, risklərin idarə olunması sistemi, regionlarda biznes mühitinin dəstəklənməsi istiqamətlərində həyata keçirilən tədbirlərlə bağlı məlumatlandırılıb. Həmçinin tərəflər arasındakı əməkdaşlığın davam etdirilməsi istiqamətində müzakirələr aparılıb.