Əczaçılıq məhsullarının istehsalında artım var

2025.11.21 11:35 (UTC+04:00)

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 26,4 milyon manatlıq əczaçılıq məhsulları istehsal olunub ki, bu da bir il öncəki göstəricini 2 dəfə üstələyir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin ilk 10 ayında 13 135,9 min manatlıq dərman istehsal olunub ki, bu da illik ifadədə 53,3 faiz çoxdur. Noyabr ayının 1-nə 659,3 min manatlıq hazır məhsul ehtiyatı olub.