10 ayda 50,18 milyon dollarlıq sement ixrac edilib

2025.11.21 15:40 (UTC+04:00)

Bu ilin yanvar-oktyabr aylarında ölkədən 50,18 milyon ABŞ dolları dəyərində 795,5 min tondan çox hazır və ya klinker formasında sement ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 16,3 faiz və ya 7 milyon dollar, həcm olaraq isə 14,7 faiz və ya təqribən 100 min ton çoxdur.

Cari ilin ilk 10 ayında bu məhsulların ümumi ixracda xüsusi çəkisi 0,23 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 1,68 faizə bərabər olub.