2025-ci ilin 20 noyabr tarixinə dövlət vəsaiti hesabına verilən ipoteka kreditlərinin məbləği 3,7 milyard manat təşkil edib ki, bunun da 1,016 milyard manatı güzəştli ipoteka kreditlərinin payına düşüb.
İpoteka və Kredit Zəmanət Fondunun məlumatına görə, ümumilikdə indiyədək Fondun həyata keçirdiyi ipoteka kreditləşməsi və satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi vasitəsilə 64 647 ailənin mənzil şəraiti yaxşılaşıb. Bu çərçivədə 56 190 ipoteka krediti verilib və 8 457 vətəndaşla satmaq öhdəliyi ilə kirayə müqaviləsi bağlanılıb. Fondun yaşayış maliyyəsi alətləri vasitəsilə mənzil şəraitini yaxşılaşdıranların 70 faizə yaxını gənclər və gənc ailələrdir.