“İsrail Dövlətinə işgüzar səfərimiz çərçivəsində bu ölkənin xarici işlər naziri Qideon Saar ilə görüşmək xoş oldu.
Azərbaycan – İsrail iqtisadi münasibətlərinin genişləndirilməsi, birgə strateji layihələrin ölkələrimiz və region üçün perspektivləri barədə fikirlərimizi bölüşdük.
Ölkəmizin əlverişli geoiqtisadi mövqeyini və qlobal ticarətdə artan tranzit potensialını qeyd etdik”.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.