Yanvar-oktyabr aylarında 153 milyon dollarlıq azot gübrəsi ixrac olunub

2025.11.20 12:28 (UTC+04:00)

Bu ilin yanvar-oktyabr aylarında ölkədən 153 milyon ABŞ dolları dəyərində 490,5 min tondan çox azot gübrəsi ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 49,8 faiz və ya 50,8 milyon dollar, həcm baxımından isə 8 faiz və ya 36,4 min ton çoxdur.

Cari ilin ilk 10 ayında gübrənin ümumi ixracda xüsusi çəkisi 0,71 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 5,12 faizə bərabər olub.