2019-cu ilin iyun-iyul aylarında Rusiya vətəndaşları əmlak vergisi üzrə beş milyard rubldan (127,6 milyon manat) artıq vergi borcunu ödəyiblər. Federal Vergi Xidmətinin məlumatına əsasən, iyun-iyul aylarında keçirilmiş "Məzuniyyətə borcsuz çıxaq" devizi altında keçirilmiş məlumatlandırma kampaniyası çərçivəsində hava limanlarında, vağzallarda və ticarət mərkəzlərində 1,7 min səyyar vergi ofisi yaradılıb və həmin ofislərdə təxminən 1,2 milyon insan məsləhət alıb. Kampaniyanın keçirildiyi iki ay ərzində "Fiziki şəxslər üçün vergi ödəyicisinin şəxsi kabineti"nə 300 mindən artıq yeni istifadəçi qoşulub.