Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 82,3 faiz artaraq 147,49 milyon dolları üstələyib.
İxrac – idxal:
Azərbaycandan BƏƏ-yə ixrac: 93,73 milyon dollar (+1,9 dəfə)
BƏƏ-dən Azərbaycana idxal: 53,75 milyon dollar (+63,6 faiz)
Cari ilin ilk 10 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində BƏƏ ilə ticarətin payı 0,36 faiz təşkil edib.
Mənbə: Dövlət Gömrük Komitəsi