Təbii inhisar subyektləri üzrə baxılan müraciətlərin 60 faizə yaxını təmin edilib

2025.11.19 14:52 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr ayları ərzində təbii inhisar subyektlərinin göstərdiyi xidmətlərlə əlaqədar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində ümumilikdə 864 vətəndaş müraciətinə baxılıb.

Dövlət Agentliyinin məlumatına görə, müraciətlərdən 59 faizi təmin edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfəyədək çoxdur.