Mis konsentratının hasilatı 30 dəfəyədək artıb

2025.11.19 12:43 (UTC+04:00)

Bu ilin yanvar-oktyabr aylarında ölkənin mədənçıxarma sənayesində 3 330,1 ton mis konsentratı hasil edilib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə hasilatın həcmi 29,7 dəfə və ya 3 218,1 ton artıb.

Noyabr ayının 1-nə hazır məhsul ehtiyatı 251,6 ton təşkil edib.