2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin müvafiq dövrünə nisbətdə 9,9 faiz artaraq 6,2 milyard dolları üstələyib.
İxrac – idxal:
Azərbaycandan MDB ölkələrinə ixrac: 1,46 milyard dollar (+4 faiz)
MDB ölkələrindən Azərbaycana idxal: 4,8 milyard dollar (+11,8 faiz)
Cari ilin ilk 10 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində MDB ölkələri ilə ticarətin payı 15,33 faiz təşkil edib ki, bu da bir il öncəki eyni dövrünün göstəricisindən 0,86 faiz bəndi çoxdur.
Mənbə: Dövlət Gömrük Komitəsi