Qızıl və gümüş üzrə hazır məhsul ehtiyatı nə qədərdir?

2025.11.18 12:24 (UTC+04:00)

Bu ilin yanvar-oktyabr aylarında ölkədə 2 592,7 kq qızıl və 3 218,1kq gümüş hasil edilib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, ötən ilin eyni dövrünün göstəricilərinə nisbətdə qızıl hasilatı 19,6 faiz və ya 425,6 kq, gümüş hasilatı isə 19 faiz və ya 514,9 kq artıb.

Cari ilin noyabr ayının 1-nə qızıl və gümüş üzrə hazır məhsul ehtiyatı müvafiq olaraq 69,7 kq və 699,1 kq təşkil edib.