Bu ilin yanvar-oktyabr aylarında ölkə üzrə ictimai iaşə dövriyyəsi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 13,2 faiz artaraq 2239,3 milyon manat olub.
Dövlət Statistika Komitəsinin hesabatına görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 51,1 faizi hüquqi şəxslərin, 48,9 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb.
Hüquqi şəxslər üzrə dövriyyə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq 1 135,0 milyon manat təşkil edib.