“Xocalı” gəmisi Avstraliyadan ABŞ-a 24 min tondan çox polad çatdıracaq

2025.11.14 12:49 (UTC+04:00)

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Handysize” tipli “Xocalı” quru yük gəmisi 24 251 ton polad yüklə Avstraliyanın Kembla limanından ABŞ-nin Los-Anceles limanına doğru yola düşüb.

QSC-nin məlumatına görə, gəmi təyinat limanına növbəti həftənin sonlarında çatması gözlənilir.

Hazırda “Xocalı” Sakit okean akvatoriyasında tam təhlükəsiz naviqasiya rejimində hərəkət edir. Reys bütün beynəlxalq əməliyyat standartlarına uyğun icra olunur.