Mərkəzi Bank iqtisadi artıma dair proqnozlarını açıqlayıb

2025.11.13 11:25 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankın 2025-ci ilin oktyabr proqnozlarına əsasən cari ildə real iqtisadi artımın ümumi ÜDM üzrə 2,2 faiz, qeyri-neft-qaz ÜDM-i üzrə 3,7 faiz olacağı gözlənilir.

Bu barədə Mərkəzi Bankının “Pul Siyasəti İcmalı"nda bildirilir.

2026-cı ildə real iqtisadi artım tempinin ümumi və qeyri-neft-qaz sektorları üzrə müvafiq olaraq 2 faiz və 4,4 faiz olacağı proqnozlaşdırılır.