Azərbaycanın strateji valyuta ehtiyatları 2025-ci ilin yanvar-sentyabr aylarında 14,7 faiz artaraq 81,5 milyard ABŞ dolları təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Pul Siyasəti İcmalı"nda bildirilir.
O cümlədən, Mərkəzi Bankın valyuta ehtiyatları sentyabr ayının sonuna 11,3 milyard dollarına bərabər olub. 2025-ci ilin ilk 9 ayında da ölkənin strateji valyuta ehtiyatları beynəlxalq qəbul edilmiş kifayətlilik normalarını üstələməkdə davam edib. Belə ki, 2025-ci ilin sentyabr ayının sonuna ölkənin strateji valyuta ehtiyatları 37 aylıq mal və xidmət idxalına kifayət edib (2025-ci ilin I yarısı üzrə mal və xidmət idxalı nəzərə alınmaqla). Strateji ehtiyatlar manatla pul kütləsini (M2) 3,7 dəfə üstələyib.