Bu ilin yanvar-sentyabr aylarında Yaxın Şərq ölkələrindən Azərbaycana 230,6 mindən çox xarici vətəndaş səfər edib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz çoxdur.
Dövlət Turizm Agentliyinin hesabatına əsasən, təkcə cari ilin sentyabr ayında qeyd edilən regiondan ölkəyə 23 mindən çox şəxs gəlib.
2025-ci ilin sentyabr ayında Yaxın Şərq ölkələrindən Azərbaycana gələn turistlərin sayına görə TOP 10 ölkə:
Səudiyyə Ərəbistanı – 7366,
İsrail – 7329,
Küveyt – 2553,
BƏƏ – 1543,
İraq – 1253,
İordaniya – 794,
Misir – 527,
Oman – 525,
Bəhreyn – 368,
Qətər – 222.