Göyçay şəhərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı “KOB FEST” sərgi-satış yarmarkası keçirilib.
Agentliyin məlumatına görə, yarmarkada Göyçay və ətraf bölgələrdən olan 100-ə yaxın sahibkarın qida və qeyri-qida məhsulları nümayiş olunub.
“KOB FEST”in məqsədi KOB subyektlərinin istehsal etdiyi məhsul və xidmətlərin geniş istehlakçı auditoriyasına tanıdılması, satış imkanlarının artırılması, eləcə də bölgə sahibkarları arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsidir.