Azərbaycanla Braziliya arasında turizm sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

2025.11.12 10:17 (UTC+04:00)

7-11 noyabrda Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən BMT-Turizmin İcraiyyə Şurasının 124-cü və 125-ci sessiyalarında Azərbaycanın İcraiyyə Şurasına üzvlüyü təsdiq olunub.

Dövlət Turizm Agentliyinin məlumatına görə, Azərbaycan nümayəndə heyəti, həmçinin təşkilatın Baş Assambleyasının 26-sı sessiyasında iştirak edib.

Baş Assambleya iclası çərçivəsində Dövlət Turizm Agentliyi ilə Braziliyanın Turizm Nazirliyinin arasında turizm sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat və turizm nazirliyi arasında keçirilən görüşdə, turizm sahəsində ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə olunub.