Bentonitin istehsal həcmi artıb

2025.11.12 11:53 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr aylarında ölkədə 234 min ton bentonit istehsal edilib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2024-cü ilin eyni dövrünün göstəricisinə nisbətdə istehsal həcmi 42,6 faiz və ya 69,9 min ton artıb.

Oktyabr ayının 1-nə hazır məhsul ehtiyatı 230,8 min ton təşkil edib.