"Bakı Metropoliteni" QSC dördüncü nəslə mənsub daha 3 qatar - 15 vaqon metropoliten xətlərində istismara buraxıb.
QSC-dən verilən məlumata görə, yeni qatarlar xəttə bu il istismar müddəti başa çatan əvvəlki nəsil vaqonların əvəz edəcək.
Hazırda sazlama və komplektləşdirmə işləri aparılan daha 15 vaqon 2025-ci ilin sonunadək xətlərə buraxılacaq. Bununla da Bakı metropolitenində yeni nəsil vaqonların sayı 180-ə (36 qatar tərkibi) çatdırılacaq.
Dövlət Proqramına uyğun olaraq, 2030-cu ilədək, ümumilikdə 299 yeni nəsil vaqon alınması nəzərdə tutulur.