Fransa ilə ticarət dövriyyəsinin həcmində artım qeydə alınıb

2025.11.07 13:30 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın Fransa ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 9,9 faiz artaraq 265,5 milyon dolları üstələyib.

İxrac – idxal:

Azərbaycandan Fransaya ixrac: 89,8 milyon dollar (+40,9 faiz)

Fransadan Azərbaycana idxal: 175,6 milyon dollar (-1,2 faiz)

Cari ilin ilk 9 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Fransa ilə ticarətin payı 0,75 faiz təşkil edib.

Mənbə: Dövlət Gömrük Komitəsi