SOCAR və “Sinopec Engineering” şirkəti arasında əməkdaşlığa dair çərçivə sazişi imzalanıb

2025.11.07 10:20 (UTC+04:00)

SOCAR-ın prezidenti Rövşən Nəcəf Çin Xalq Respublikasının “Sinopec Engineering” şirkətinin prezidenti Zhang Xinming ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Çin arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən enerji sektorunda uğurla inkişaf etdiyi bildirilib. Bu xüsusda, SOCAR ilə Çin şirkətləri arasında mövcud əməkdaşlıq məmnunluqla qeyd olunub.

Söhbət zamanı neft və qazın emalı sahəsində, neft-kimya, rəqəmsallaşma, enerji keçidi, müasir emal texnologiyalarının tətbiqi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Görüşdə tərəflər arasında əməkdaşlığa dair çərçivə sazişi imzalanıb.