İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ictimaiyyətin innovativ metodlarla məlumatlandırılması və effektiv kommunikasiyanın təşkili məqsədilə yeni rubrika təqdim edir. Süni intellektin imkanlarından istifadə etməklə hazırlanan çarxda ötən ay ərzində vergi sistemində və vergitutma sahəsində baş verən yeniliklər barədə məlumat verilir. Bu dəfə oktyabr ayı üzrə qısa xülasəyə nəzər salırıq.