Qərbi Avropa ölkələrindən Azərbaycana gələn turistlərin sayı açıqlanıb

2025.11.05 12:36 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr aylarında Qərbi Avropa ölkələrindən Azərbaycana 83,4 mindən çox xarici vətəndaş səfər edib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz çoxdur.

Dövlət Turizm Agentliyinin hesabatına əsasən, təkcə cari ilin sentyabr ayında qeyd edilən regiondan gələnlərin sayı 16 minə yaxın təşkil edib. Bu, 2024-cü ilin sentyabr ayına nisbətdə 13 faiz, cari ilin avqust ayına nisbətdə isə 46,7 faiz çoxdur.

2025-ci ilin sentyabr ayında Qərbi Avropa ölkələrindən Azərbaycana gələn turistlərin sayına görə TOP 10 ölkə:

Birləşmiş Krallıq – 4631

Almaniya – 2950

İtaliya – 1984

İspaniya – 1013

Niderland – 1002

Fransa – 883

Avstriya – 463

Belçika – 452

Portuqaliya – 395

Yunanıstan – 382