“Prefiling” sistemi inzibatçılığın sadələşdirilməsinə xidmət edir VİDEO

2025.11.04 15:02 (UTC+04:00)

Azərbaycanda biznes mühitinin təkmilləşdirilməsi və vergi inzibatçılığının sadələşdirilməsi istiqamətində aparılan islahatlar davam etdirilir. Bu istiqamətdə növbəti addım kimi, 2025-ci ilin oktyabr ayından Dövlət Vergi Xidməti tərəfindən “Sadələşdirilmiş verginin bəyannaməsi”nin öncədən doldurulması (“prefiling”) sistemi istifadəyə verilib.